AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp İranla bağlı üç ssenarini nəzərdən keçirir

  • + A
  • - A
  • Bu gün, 12:14

    Tramp İranla bağlı üç ssenarini nəzərdən keçirir


    ABŞ Prezidenti Donald Trampın İranla davam edən qarşıdurmanın inkişafı ilə bağlı üç mümkün variantı nəzərdən keçirdiyi bildirilir.

    Bu barədə The New York Times qəzeti məlumat yayıb.

    Qəzetin məlumatına görə, Vaşinqtonun qarşısında duran variantlar bunlardır:

    İranla bağlı hərbi eskalasiyanın artırılması;
    Yeni sanksiyalar tətbiq etməklə Tehrana qarşı iqtisadi təzyiqlərin gücləndirilməsi;
    ABŞ-ın müharibədə qalib gəldiyini elan edərək münaqişədən çıxması.

    Məlumata görə, bu variantların hər biri son həftələrdə ABŞ vitse-prezidenti Cey Di Vens, müdafiə naziri Pit Heqset, ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn, xüsusi nümayəndə Stiv Uitkoff və Cared Kuşnerin iştirakı ilə keçirilən görüşlərdə müzakirə olunub.

    The New York Times qeyd edir ki, beş ay davam edən qarşıdurma ərzində ABŞ hələ də əsas məqsədlərinə nail ola bilməyib. Qəzet yazır ki, bunların arasında İran hakimiyyətinin dəyişdirilməsi də var idi.

    ABŞ-İran qarşıdurmasında növbəti gərginlik mərhələsinin iyulun 8-də başladığı bildirilir. Məlumata görə, ABŞ qüvvələri Vaşinqton və Tehran arasında əldə olunmuş razılaşmadan sonra ilk dəfə İran ərazisinə zərbələr endirib. ABŞ tərəfi bu addımı Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab kimi əsaslandırıb.

    Həmin gün Donald Tramp İranla atəşkəsin dayandırıldığını açıqlayıb. Bundan sonra İran ABŞ-ın Yaxın Şərqdə yerləşən obyektlərinə – Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazilərindəki mövqelərə zərbələr endirib.

    İyulun 24-də isə tərəflərin qarşılıqlı hücumları dayandırdığı bildirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR