Tramp: İranla intensiv danışıqlar aparırıq

ABŞ Prezidenti Donald Tramp İranla intensiv danışıqların aparıldığını bildirib. O qeyd edib ki, danışıqlar nəticə verməyəcəyi təqdirdə, Vaşinqton genişmiqyaslı hərbi əməliyyatlara qayıda bilər.
Tramp bu barədə News 12 telekanalına müsahibəsində danışıb.
ABŞ prezidenti bildirib ki, vasitəçilərin xahişini nəzərə alaraq İranla danışıqlara şans verib, lakin bu prosesi uzatmaq niyyətində deyil.
“Vasitəçilərin İrana danışıqlar üçün imkan verilməsi ilə bağlı müraciətini qəbul etdim. Ancaq bu prosesi sonsuzadək uzatmayacağam”, – deyə Tramp vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.