Dünyanın ən böyük gəmiçilik şirkəti Hörmüz boğazından keçən gəmilər üçün əlavə ödəniş tətbiq edib

Dünyanın ən böyük gəmiçilik şirkəti Hörmüz boğazından keçən gəmilər üçün əlavə ödəniş tətbiq edib
Dünyanın ən böyük gəmiçilik şirkəti olan Maersk Hörmüz boğazından keçən bütün konteyner yükləri üçün əlavə ödəniş tətbiq etməyə başlayıb.
Şirkətin açıqlamasına görə, bundan sonra Hörmüz boğazından keçən hər bir konteyner üçün 1000 ABŞ dolları məbləğində əlavə haqq alınacaq.
Bununla yanaşı, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman limanlarına təcili yük daşımaları üçün də 1800–3800 ABŞ dolları arasında dəyişən xüsusi tarif müəyyən edilib.
Qeyd olunur ki, qərar regionda təhlükəsizlik risklərinin və logistika xərclərinin artması fonunda qəbul edilib. Yeni tariflərin beynəlxalq yükdaşıma bazarında daşınma xərclərinin yüksəlməsinə təsir göstərəcəyi gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.