AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Almaniyada 450-yə yaxın potensial islamçı terrorçu müəyyən edilib

  • + A
  • - A
  • Dünən, 23:42

    Almaniyada 450-yə yaxın potensial islamçı terrorçu müəyyən edilib

    Almaniyada 450-yə yaxın potensial islamçı terrorçu müəyyən edilib
    Almaniyada təhlükəsizlik orqanları tərəfindən terror aktı törətmək riski daşıyan təxminən 450 islamçı "təhlükəli şəxs" müəyyən edilib.

    Almaniya Bundestaqının 2025-ci ilin sentyabr ayına aid materiallarında qeyd olunur ki, bu şəxslərin ağır siyasi motivli cinayətlər, o cümlədən terror aktları törədə biləcəyi ehtimal edilir.

    Məlumata görə, Almaniyanın Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarəsi ölkədə zorakılıqla əlaqəli təxminən 9 100 islamçını qeydə alıb. Onların bir hissəsi əvvəllər zorakılıq əməlləri törədib, bir hissəsinin buna hazır olduğu, digərlərinin isə zorakılığı açıq şəkildə dəstəklədiyi bildirilir.

    Qurumun məlumatına əsasən, ötən il Almaniyada islamçı mühitə aid edilən şəxslərin ümumi sayı 28 645 nəfər olub.
    Statistikaya görə, belə şəxslərin ən çox yaşadığı şəhər Berlin hesab olunur. Paytaxtda təxminən 2 600 islamçı qeydə alınıb, onlardan 900-dən çoxu zorakılığa meylli şəxs kimi qiymətləndirilir.

    Bu məlumatlar Almaniya Bundestaqının materiallarında yer alıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR