AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İspaniyada meşə yanğınları: 170 mindən çox insan təxliyə olunub və ya hərəkəti məhdudlaşdırılıb

  • + A
  • - A
  • Bu gün, 11:35

    İspaniyada meşə yanğınları: 170 mindən çox insan təxliyə olunub və ya hərəkəti məhdudlaşdırılıb


    Bakı, – İspaniyada son günlər geniş əraziləri əhatə edən meşə yanğınları səbəbindən 170 mindən çox sakin ya təxliyə edilib, ya da təhlükəsizlik məqsədilə hərəkətlərini məhdudlaşdırmaq məcburiyyətində qalıb. Bu barədə ABC qəzeti yerli hakimiyyət orqanlarının məlumatlarına istinadən xəbər yayıb.

    Məlumata görə, Avila, Toledo əyalətləri və Madrid ətrafında 63 mindən çox insan təxliyə olunub, təxminən 28 min nəfərə isə təhlükəsizlik səbəbindən evlərini tərk etməmək tapşırılıb.

    Kastelyon əyalətində isə 16 minə yaxın sakin təxliyə edilib, daha 65 min nəfərə evlərində qalmaq tövsiyə olunub.

    İspaniyanın yanğınsöndürmə xidmətləri digər ölkələrdən gələn mütəxəssislərlə birlikdə alovun nəzarət altına alınması istiqamətində işləri davam etdirir. Buna baxmayaraq, ölkədə meşə yanğınları ilə bağlı vəziyyət hələ də gərgin olaraq qalır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR