AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yaponiyada sakinlər F-35B qırıcılarının gecə uçuşlarının qadağan edilməsi tələbi ilə məhkəməyə müraciət ediblər

  • + A
  • - A
  • Bu gün, 11:44

    Yaponiyada sakinlər F-35B qırıcılarının gecə uçuşlarının qadağan edilməsi tələbi ilə məhkəməyə müraciət ediblər


    Yaponiyanın Miyazaki prefekturasında 370-dən çox sakin ölkənin Nyutabaru Hərbi Hava Qüvvələri bazasında F-35B döyüş təyyarələrinin gecə və səhər tezdən həyata keçirdiyi uçuşların qadağan olunması tələbi ilə kollektiv məhkəmə iddiası qaldırıb. İddiaçılar həmçinin səs-küyün vurduğu zərərə görə dövlətdən kompensasiya tələb edirlər.

    Məlumata görə, beşinci nəsil F-35B qırıcıları hazırda modernləşdirilən Yaponiyanın iki yüngül aviadaşıyıcısının silahlandırılması üçün nəzərdə tutulub. Hazırda Nyutabaru bazasında bu tipdən səkkiz təyyarə yerləşdirilib, gələcəkdə isə onların sayının 42-yə çatdırılması planlaşdırılır.

    İddiaçıların əsas narazılığı F-35B təyyarələrinin aviadaşıyıcı göyərtəsinə enişi təqlid edən şaquli eniş təlimləri zamanı yaranan yüksək səs-küylə bağlıdır.

    Qeyd edək ki, oxşar iddia 2017-ci ildə də Miyazaki dairə məhkəməsinə təqdim edilmişdi. Həmin vaxt məhkəmə yerli sakinlərə 200 milyon yendən (hazırkı məzənnə ilə 1,2 milyon ABŞ dollarından çox) artıq məbləğdə kompensasiya ödənilməsinə qərar versə də, uçuşların dayandırılması tələbi bütün məhkəmə instansiyalarında rədd edilmişdi.

    Hazırda Yaponiya Hərbi Hava Qüvvələrinin adi aerodromlar və aviadaşıyıcılar üçün nəzərdə tutulmuş iki modifikasiyada ümumilikdə 55 ədəd F-35 təyyarəsi var. Bu qırıcıların bir hissəsi ABŞ-dan alınır, digər hissəsi isə Yaponiyada yığılır. Tokio ümumilikdə 147 ədəd F-35 qırıcısına sahib olmağı planlaşdırır ki, bu da ABŞ-ın müttəfiqləri arasında ən böyük göstəricidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR