AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pentaqon ABŞ ordusunun Avropadakı yerləşdirilməsini yenidən nəzərdən keçirir

  • + A
  • - A
  • Bu gün, 16:33

    Pentaqon ABŞ ordusunun Avropadakı yerləşdirilməsini yenidən nəzərdən keçirir


    Pentaqon ABŞ Silahlı Qüvvələrinin Avropadakı yerləşdirilməsinin yenidən qiymətləndirilməsi prosesinə başlayıb. Bu barədə iyulun 28-də ABŞ müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Elbric Kolbi məlumat verib.

    Kolbi sosial şəbəkədəki paylaşımında bildirib ki, bu addım NATO-nun daha güclü, daha ədalətli və daha dayanıqlı alyansa çevrilməsinə keçidi sürətləndirəcək. Onun sözlərinə görə, bu proses ABŞ Prezidenti Donald Tramp administrasiyasının başladığı müsbət dəyişikliklərin davamı olacaq və Avropa müttəfiqlərinə müdafiə və silahlanma sahəsində daha böyük məsuliyyət götürmək imkanı yaradacaq.

    Pentaqon rəsmisi qeyd edib ki, ABŞ qoşunlarının Avropadakı yeni yerləşdirilməsi 2026-cı il üçün hazırlanacaq Milli Müdafiə Strategiyasına uyğunlaşdırılacaq.

    Hazırda ABŞ Müdafiə Nazirliyi planın detalları və mümkün dəyişikliklərin miqyası barədə əlavə məlumat açıqlamayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR