Ermənistan Baş Prokurorluğu Anna Akopyanın müraciəti üzrə araşdırmaya başlayıb

Ermənistan Baş Prokurorluğu baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın həyatı ilə bağlı təhdidlərə dair açıqlaması əsasında araşdırmaya başlayıb.
Baş Prokurorluq Anna Akopyanın sosial şəbəkədə paylaşdığı və həyatına yönəlmiş təhdidlər aldığını bildirdiyi məlumatı icraata qəbul edib.
Anna Akopyan daha əvvəl bəyan etmişdi ki, ailədaxili zorakılıq mövzusunda çıxış etməyə başladıqdan sonra ona qarşı həyatını hədəf alan təhdid mesajları almağa başlayıb.
Hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırmaları davam etdirir. Təhdidlərin mənbəyi və digər təfərrüatlar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.