AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Erməni Apostol Kilsəsinin Katolikosu və 6 yepiskopun cinayət işi məhkəməyə göndərildi

  • + A
  • - A
  • Bu gün, 22:30

    Erməni Apostol Kilsəsinin Katolikosu və 6 yepiskopun cinayət işi məhkəməyə göndərildi

    Erməni Apostol Kilsəsinin Katolikosu və 6 yepiskopun cinayət işi məhkəməyə göndərildi

    Ermənistanda Bütün Erməni Apostol Kilsəsinin Katolikosu II Qaregin və daha altı yüksək rütbəli din xadiminə qarşı açılmış cinayət işi üzrə ittiham aktı prokurorluq tərəfindən təsdiqlənərək məhkəməyə göndərilib.

    "Datalex" informasiya sisteminin yaydığı məlumata görə, iş dünən Armavir vilayətinin ümumi yurisdiksiya məhkəməsinə daxil olub və hakim Akop Manukyana həvalə edilib.
    Məhkəməyə göndərilən cinayət işi üzrə təqsirləndirilən şəxslər sırasında Bütün ermənilərin Katolikosu II Qaregin, eləcə də din xadimləri Natan, Aykazun, Makar, Ovanan və Muşeğ yer alırlar.

    İş Arman Saroyanın məhkəmə qərarının icra edilməməsi ilə bağlı cinayət icraatı çərçivəsində başlanıb. Belə ki, əvvəllər Masyatsotn yeparxiyasının rəhbəri olmuş, sonradan dini rütbədən məhrum edilən yepiskop Gevorq Saroyan (dünyəvi adı Arman Saroyan) Erməni Apostol Kilsəsinə qarşı iddia qaldıraraq, II Qareginin onu vəzifədən azad etməsi barədə patriarx sərəncamının etibarsız sayılmasını və vəzifəsinə bərpa olunmasını tələb edib.

    Armavir məhkəməsinin hakimi Edqar Ovannisyan iddianı icraata qəbul edib və yekun qərar qəbul edilənədək təminat tədbiri kimi Arman Saroyanın müvəqqəti olaraq Masyatsotn yeparxiyasının rəhbəri vəzifəsinə bərpa edilməsi barədə qərar çıxarıb.

    Bu qərardan sonra hüquq-mühafizə orqanları məhkəmə aktının icra edilməməsi faktı üzrə cinayət işi başladıb. Nəticədə Ali Ruhani Şuranın üzvlərinə qarşı cinayət təqibi açılıb və onların Ermənistandan çıxışına qadağa qoyulub.

    Fevralın 14-də isə məlum olub ki, eyni cinayət işi çərçivəsində Katolikos II Qareginə qarşı da cinayət təqibi başlanıb. Ona qarşı da ölkədən çıxışın qadağan edilməsi qətimkan tədbiri seçilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR