AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Senatı Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsinin müzakirəsini dəstəklədi

  • + A
  • - A
  • Bu gün, 09:23

    ABŞ Senatı Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsinin müzakirəsini dəstəklədi


    ABŞ Senatı Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsinin növbəti mərhələyə keçməsinə imkan verən prosedur səsverməsində onu dəstəkləyib.

    Amerika KİV-lərinin məlumatına görə, səsvermədə 82 senator qanun layihəsinin lehinə, 12 senator isə əleyhinə səs verib. Bu nəticə sənədin Senatda yekun səsvermədə də yüksək ehtimalla qəbul ediləcəyini göstərir.

    Hələlik qanun layihəsi üzrə yekun səsvermənin dəqiq tarixi açıqlanmayıb. Bunun gələn həftə keçirilməsi istisna edilmir. Senat avqustun 10-dan sentyabr ayınadək yay tətilinə çıxacaq.

    Qanun layihəsi qəbul olunduqdan sonra sənəd Nümayəndələr Palatasının müzakirəsinə təqdim ediləcək. Lakin Palata artıq yay tətilində olduğundan, məsələyə yalnız sentyabr ayında baxılması gözlənilir.

    Məlumata görə, qanun layihəsinin hazırlanmasında əsas təşəbbüskar rolunu bu yaxınlarda vəfat etmiş respublikaçı senator Lindsi Qrem oynayıb. Onunla vida mərasimi Vaşinqtonda prosedur səsverməsindən bir neçə saat əvvəl keçirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR