Misirdə ABŞ-a məxsus tanker dron hücumuna məruz qalıb

Misirdə ABŞ-a məxsus LNG tankeri dron hücumuna məruz qalıb
Misirin Aralıq dənizi sahilində yerləşən Dumyat limanında ABŞ-a məxsus mayeləşdirilmiş təbii qaz (LNG) tankeri dron hücumuna məruz qalıb.
Britaniyanın dəniz təhlükəsizliyi üzrə Ambrey şirkətinin məlumatına görə, pilotsuz uçuş aparatı ABŞ-a məxsus üzən LNG saxlama tankerini vurub. Hadisə nəticəsində liman ərazisində bir neçə partlayış baş verib.
Misir hakimiyyəti hücumun kim tərəfindən həyata keçirildiyini hələlik açıqlamayıb. İndiyədək heç bir silahlı qruplaşma da məsuliyyəti üzərinə götürməyib.
Hadisə Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə baş verib. Son həftələr ABŞ və İran arasında qarşılıqlı zərbələr endirilib, Vaşinqton isə Tehrana qarşı təzyiqləri daha da gücləndirib.
Məlumat Reuters agentliyinə istinadən yayılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.