Ərdoğan: İsrailin siyasəti Yaxın Şərqdə gərginliyi daha da artırır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin hərəkətlərinin Yaxın Şərqdə gərginliyi daha da dərinləşdirdiyini bildirib.
Anadolu Agentliyinin yaydığı məlumata görə, Ərdoğan İsrailin beynəlxalq hüququ və fundamental insan hüquqlarını nəzərə almadan Fələstin ərazilərini mərhələli şəkildə işğal etdiyini iddia edib.
Türkiyə lideri qeyd edib ki, münaqişənin nəticələri təkcə fələstinlilər və livanlılar üçün deyil, bütün region, o cümlədən müxtəlif dini icmalar üçün də ciddi təsirlər yaradır. Onun sözlərinə görə, bölgədə baş verən hadisələr gərginliyi artırır və regional sabitlik üçün yeni risklər formalaşdırır.
Ərdoğan çıxışında Türkiyə iqtisadiyyatına da toxunaraq bildirib ki, ölkə qlobal qeyri-sabitlik və regional münaqişələrin təsirlərinə baxmayaraq, istehsal, logistika, tranzit ticarəti və texnologiya sahələrində regional mərkəz kimi mövqeyini möhkəmləndirməyə davam edir.
Prezident əlavə edib ki, hökumət hərbi böhranların iqtisadi təsirlərini minimuma endirmək və ölkə iqtisadiyyatında sabitliyi qorumaq üçün zəruri tədbirlər həyata keçirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.