AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya: Ermənistandan idxalı əvəzləmək bizim üçün çətin olmayacaq

  • + A
  • - A
  • Dünən, 23:40

    Rusiya: Ermənistandan idxalı əvəzləmək bizim üçün çətin olmayacaq


    Rusiya: Ermənistandan idxalı əvəzləmək bizim üçün çətin olmayacaq

    Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib ki, Ermənistandan həyata keçirilən tədarüklərin əvəzlənməsi Moskva üçün heç bir ciddi problem yaratmayacaq.

    Nazirin sözlərinə görə, Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin bazarlarına iqtisadi təsiri məhduddur. O qeyd edib ki, Ermənistanın Rusiyanın dünya ilə ümumi ticarət dövriyyəsində payı 0,9 faizdən artıq deyil. Bu göstərici Belarus üçün 0,3 faiz, Qazaxıstan üçün 0,05 faiz, Qırğızıstan üçün isə cəmi 0,02 faiz təşkil edir.

    “Bizim üçün Ermənistandan gələn tədarükləri əvəzləmək çətin olmayacaq”, – deyə Reşetnikov jurnalistlərə açıqlamasında vurğulayıb.

    Nazirin bu açıqlaması Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin Rusiya ilə münasibətlərə həm iqtisadi, həm də siyasi müstəvidə alternativlər axtardığını bəyan etməsindən sonra səslənib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR