AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp: Həm Putinə, həm də Zelenskiyə güzəştə getmək lazım olacaq

  • + A
  • - A
  • Bu gün, 21:18

    Tramp: Həm Putinə, həm də Zelenskiyə güzəştə getmək lazım olacaq


    Tramp: Həm Putinə, həm də Zelenskiyə güzəştə getmək lazım olacaq

    ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün həm Rusiya Prezidenti Vladimir Putinin, həm də Ukrayna Prezidenti Volodimir Zelenskinin müəyyən güzəştlərə getməsinin zəruri olduğunu bildirib.

    Tramp bu barədə jurnalistlərə açıqlamasında deyib ki, münaqişənin sülh yolu ilə həlli üçün hər iki tərəf kompromisə hazır olmalıdır.

    “Heç kim güzəştə getmək istəmir. Ancaq razılaşmanın əldə olunması üçün həm Putinə, həm də Zelenskiyə güzəştə getmək lazım olacaq”, – deyə ABŞ Prezidenti vurğulayıb.

    Trampın sözlərinə görə, davamlı sülh sazişinin imzalanması yalnız tərəflərin qarşılıqlı kompromisə hazır olması halında mümkün ola bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR