Zelenski Türkiyə ilə Azad Ticarət Sazişini ratifikasiya edən qanunu imzalayıb

Zelenski Türkiyə ilə Azad Ticarət Sazişini ratifikasiya edən qanunu imzalayıb
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ilə Türkiyə arasında Azad Ticarət Sazişinin ratifikasiyasını nəzərdə tutan qanunu imzalayıb.
Saziş iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına, ticarət əlaqələrinin genişlənməsinə və Ukrayna ilə Türkiyə istehsalçıları üçün yeni bazar imkanlarının yaradılmasına xidmət edəcək. Sənədə əsasən, bir sıra məhsullar üzrə qarşılıqlı gömrük rüsumlarının ləğvi nəzərdə tutulur.
Ukrayna Ali Radası sazişi iyulun 14-də ratifikasiya edib. Türkiyə isə Azad Ticarət Sazişini 2024-cü il avqustun 2-də təsdiqləyib.
Qeyd edək ki, Ukrayna və Türkiyə arasında Azad Ticarət Sazişi 2022-ci il fevralın 3-də imzalanıb. Saziş üzrə danışıqlar və hazırlıq prosesi təxminən 15 il davam edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.