“ABŞ administrasiyası Prezident Donald Trampın tapşırığı ilə yaxın həftələrdə Ukrayna münaqişəsi ətrafında danışıqlar prosesinin bərpası imkanlarını qiymətləndirmək üçün addımlar atmağa hazırlaşır”.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində bildirib.
Dövlət katibinin sözlərinə görə, Ağ Ev rəhbəri Birləşmiş Ştatların hərbi əməliyyatların dayanmasında hələ də rol oynaya biləcəyini aydın şəkildə ifadə edib:
“Biz bundan sonra da bu istiqamətdə səylərimizi davam etdirəcəyik”, - deyə Rubio vurğulayıb.
O qeyd edib ki, Vaşinqton bu istiqamətdə konstruktiv rol oynamağa hər zaman hazırdır.
Dövlət katibinin sözlərinə görə, yaxın bir neçə həftə ərzində görüləcək tədbirlər Amerikanın Moskva ilə Kiyev arasında dialoqu bərpa edib-edə bilməyəcəyini göstərəcək.
Rubio əlavə edib ki, müvafiq tapşırığı tabeliyində olan şəxslərə şəxsən Donald Tramp verib.
Prezident komandasına sülh danışıqlarına təkan vermək imkanı gördükləri təqdirdə bundan mütləq istifadə etməli olduqlarını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.