AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ və İran arasında memorandumun bərpası üçün diplomatik səylər davam edir

  • + A
  • - A
  • Bu gün, 09:30

    ABŞ və İran arasında memorandumun bərpası üçün diplomatik səylər davam edir


    ABŞ və İran arasında aparılan dolayı danışıqlarda vasitəçilər iyun ayında hazırlanmış qarşılıqlı anlaşma memorandumunun (MoU) bərpasına çalışırlar.

    Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin nümayəndəsi Həsən Qaşqavi SNN agentliyinə müsahibəsində bildirib.

    Onun sözlərinə görə, vasitəçilər hazırda əsas problemin Hörmüz boğazı ilə bağlı olduğunu anlayırlar və tərəflər arasında fikir mübadiləsi davam edir.

    Qaşqavi qeyd edib ki, İran nümayəndə heyətinin yenidən Omanın paytaxtı Məsqətə səfər etməsi istisna edilmir.

    “Bu, diplomatiyanın təbiətidir və belə fikir mübadilələri mütəmadi olaraq davam edir. Bu, milli maraqların təmin olunması üçün zəruridir”, – deyə o vurğulayıb.

    İran rəsmisi əlavə edib ki, Tehranın mövqeyinə görə, davamlı sülh yalnız güc tətbiqi ilə təmin oluna bilməz və diplomatik dialoq regionda sabitliyin qorunması üçün əsas vasitələrdən biridir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR