AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

  • + A
  • - A
  • Bu gün, 12:02

    Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

    İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ Prezidenti Donald Trampın tərəflərin razılaşmaya yaxınlaşdığı və danışıqların bu gündən başlayacağı barədə bəyanatını təkzib edib.

    APA-nın Tehran bürosunun məlumatına görə, Bəqai bildirib ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu gün Ərbəin yürüşü mərasimində iştirak etmək üçün İraqa yola düşür və bu səfər şəxsi xarakter daşıyır.

    Onun sözlərinə görə, İranın danışıqlar heyətinin digər üzvləri ölkə daxilindədir.

    XİN sözçüsü İran və Oman arasında Hörmüz boğazı ilə bağlı aparılan müzakirələrin iki Körfəz sahilyanı ölkəsi arasında ikitərəfli danışıqlar olduğunu vurğulayıb.

    Bəqai qeyd edib ki, Omanla aparılan danışıqların məqsədi Hörmüz boğazında gəmiçilik üçün təhlükəsiz marşrutun təmin edilməsidir.

    O əlavə edib ki, digər ölkələr bu danışıqlar prosesində həm destruktiv, həm də konstruktiv rol oynaya bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR