AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyada əcnəbilərin deportasiyası üçün əsaslar genişləndirilib

  • + A
  • - A
  • Bu gün, 10:55

    Rusiyada əcnəbilərin deportasiyası üçün əsaslar genişləndirilib


    Rusiya Prezidenti Vladimir Putin əcnəbi vətəndaşların ölkədən deportasiya edilməsinə səbəb ola biləcək inzibati hüquqpozmaların siyahısını genişləndirən qanunu imzalayıb.

    Yeni qanuna əsasən, aşağıdakı hallarda əcnəbilər deportasiya oluna bilərlər:

    * milli, dini və cinsi ayrı-seçkilik törədilməsi;
    * sərhədin mühafizəsi zamanı hərbçilərin və ya polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaq;
    * xırda xuliqanlıq;
    * mitinqlərlə bağlı qanun pozuntuları;
    * yolların bağlanması;
    * narkotik vasitələrdən istifadə;
    * qadağan olunmuş simvolların təbliği;
    * Rusiya Silahlı Qüvvələrinin nüfuzdan salınması;
    * Rusiyaya qarşı sanksiyalara çağırışlar.

    Bundan əlavə, qanunda "xarici agentlər" haqqında qaydaların, fövqəladə vəziyyət rejiminin tələblərinin pozulması və arzuolunmaz təşkilatların fəaliyyətində iştirak da deportasiya üçün əsaslar sırasına daxil edilib.

    Yeni dəyişikliklərə əsasən, ölkəyə giriş qaydalarının və qanunsuz əmək fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr də artırılır. Minimum cərimə məbləği 2 min rubldan 4 min rubla qaldırılır.

    Qanuna görə, qayda pozuntusuna yol vermiş əcnəbilər deportasiyadan yayınmaq üçün ailə vəziyyətini və ya Rusiyada uzun müddət yaşamalarını əsas kimi göstərə bilməyəcəklər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR