AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Portuqaliyada genişmiqyaslı əməliyyat nəticəsində 5 ton kokain müsadirə edilib

  • + A
  • - A
  • Bu gün, 20:00

    Portuqaliyada genişmiqyaslı əməliyyat nəticəsində 5 ton kokain müsadirə edilib

    Portuqaliya polisi respublika sahillərindəki gəmidə təxminən beş ton kokain müsadirə edib və üç xarici vətəndaşı həbs edib.

    Bu barədə Portuqaliya Məhkəmə Polisi (Polícia Judiciária - PJ) məlumat yayıb.

    Bu, Portuqaliya tarixində narkotiklərlə mübarizə üzrə ən böyük əməliyyatlardan biridir.

    "Məhkəmə polisi Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Milli Bölmə vasitəsilə Portuqaliya Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri ilə sıx koordinasiya və əməkdaşlıq şəraitində əməliyyat keçirib. Nəticədə konteyner gəmisi ilə Avropa qitəsinə böyük partiyalarla narkotik vasitənin gətirilməsi ilə məşğul olan cinayətkar qruplaşma ləğv edilib. Gəmidə təxminən beş ton kokain olub", - PJ-dən qeyd ediblər.

    Bəyanatda vurğulanır ki, kokaindən başqa, naviqasiya, narkotiklərin dənizə atılması və sonradan daşınması üçün istifadə olunan əşyalar da müsadirə edilib. Bundan başqa, gəminin göyərtəsində olan iki xarici vətəndaş saxlanılıb.

    Həmçinin bu cinayət sxemində iştirakda şübhəli bilinən və əcnəbi olan bir heyət üzvü müəyyən edilərək saxlanılıb.

    Məlumata görə, Latın Amerikası ölkələrinin birindən gələn gəmi Lissabondan təxminən 1185 km qərbdə aşkar edilib.

    Gəmi Honkonq bayrağı altında üzürdü və istintaqa əsasən, narkotiklərin dənizdə digər gəmilərə yenidən yüklənməsi, daha sonra isə sahildəki boşaltma məntəqələrinə çatdırılması nəzərdə tutulmuşdu.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR