AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran parlamentinin komitə sədri: ABŞ Yaxın Şərqdən çıxmağa məcbur olacaq

  • + A
  • - A
  • Bu gün, 21:58

    İran parlamentinin komitə sədri: ABŞ Yaxın Şərqdən çıxmağa məcbur olacaq

    İran parlamentinin komitə sədri: ABŞ Yaxın Şərqdən çıxmağa məcbur olacaq

    İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi ABŞ-ın yaxın gələcəkdə Yaxın Şərqi və Amerika hərbi bazalarının yerləşdiyi ölkələri tərk etməyə məcbur olacağını iddia edib.

    Əzizi X sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, "uzaqda olmayan bir gündə ABŞ təkcə regiondan deyil, həm də bu gün Amerika hərbi bazalarına ev sahibliyi edən bütün ölkələrdən qovulacaq".

    Onun sözlərinə görə, Vaşinqton gələcəkdə xaricdəki hərbi bazalara ayırdığı maliyyə vəsaitini öz ərazisinin təhlükəsizliyinin təmin edilməsinə yönəltməli olacaq.
    İbrahim Əzizi vurğulayıb ki, ABŞ sonda Yaxın Şərq regionundan sıxışdırılıb çıxarılacaq.

    Bu açıqlama İran və ABŞ arasında gərginliyin davam etdiyi bir dövrdə səsləndirilib. ABŞ tərəfi isə hələlik bu bəyanata münasibət bildirməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR