İsrail hərbçiləri Suriyanın cənubuna daxil olub

İsrail hərbçiləri Suriya sərhədini keçərək ölkənin cənubundakı Dəraa əyalətinin qərb hissəsinə daxil olublar. Bu barədə “Syria TV” məlumat yayıb.
Məlumata görə, İsrail hərbçiləri iki yaşayış məntəqəsinə atəş açıblar. Daha sonra hərbçilər öz mövqelərinə geri qayıdıblar.
Hadisə nəticəsində mülki əhali arasında ölən və ya yaralananların olduğu barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, Suriya hakimiyyəti daha əvvəl də İsraili ölkənin cənub bölgələrində vəziyyəti sabitliyi pozmağa cəhd göstərməkdə ittiham edib.
Suriyanın Prezidenti Əhməd əş-Şara isə iyulun 26-da bildirib ki, Dəməşq İsraillə qarşıdurmadan qaçmağa çalışır. Onun sözlərinə görə, Suriya dost dövlətlərin vasitəçiliyi ilə İsraillə təhlükəsizlik sahəsində razılaşmanın əldə olunması üzərində işləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.