AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ramzan Kadırovun oğluna Çeçenistan Respublikasının Qəhrəmanı adı verilib

  • + A
  • - A
  • Bu gün, 20:13

    Ramzan Kadırovun oğluna Çeçenistan Respublikasının Qəhrəmanı adı verilib

    Ramzan Kadırovun oğluna Çeçenistan Respublikasının Qəhrəmanı adı verilib

    Çeçenistan Respublikasının hökumət sədrinin müavini, fiziki mədəniyyət və idman naziri Axmat Kadırova “Çeçenistan Respublikasının Qəhrəmanı” fəxri adı verilib.
    Bu barədə Çeçenistan hökumətinin sədri Maqomed Daudov məlumat verib.

    O, Axmat Kadırovu yüksək dövlət təltifi münasibətilə təbrik edib və onun respublikada fiziki mədəniyyət və idmanın inkişafına verdiyi töhfələri qeyd edib.

    Daudovun sözlərinə görə, Çeçenistanda gənc nəslin yetişdirilməsi, regionun idman potensialının gücləndirilməsi və gələcək çempionlardan ibarət güclü komandanın formalaşdırılmasına yönəlmiş mühüm layihələr uğurla həyata keçirilir.

    Qeyd edək ki, 2026-cı ilin yanvarında Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun 20 yaşlı oğlu Axmat Kadırov Çeçenistan hökuməti sədrinin müavini vəzifəsini icra edən şəxs təyin olunub. Onun bu vəzifəyə təyin edilməsini hökumət sədri Maqomed Daudov təqdim edib.

    Eyni zamanda, milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev də baş nazir müavini vəzifəsini icra edən şəxs təyin olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR