AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstan Rusiya ilə Ermənistan arasında ticarətin pozulmasından ən çox qazanan ölkə olub

  • + A
  • - A
  • Bu gün, 22:23

    Gürcüstan Rusiya ilə Ermənistan arasında ticarətin pozulmasından ən çox qazanan ölkə olub

    Gürcüstan Rusiya ilə Ermənistan arasında ticarətin pozulmasından ən çox qazanan ölkə olub

    Gürcüstan Rusiya ilə Ermənistan arasında ticarət əlaqələrinin zəifləməsindən ən çox faydalanan ölkə olub. Bu barədə Rusiyanın xarici ticarət qurumlarından biri üçün hazırlanmış Analitik Mərkəz “Aktsentı”nin hesabatında bildirilir.

    Hesabata görə, Rusiyanın Ermənistan məhsullarının böyük hissəsinin idxalına tətbiq etdiyi məhdudiyyətlər ölkə mağazalarında ciddi qıtlığa səbəb olmayıb. Ermənistan məhsullarının yerini əsasən Gürcüstandan gətirilən məhsullar tutub.
    Analitiklərin məlumatına görə, 2026-cı ilin iyununda Rusiya Gürcüstandan 1,6 milyon dollar dəyərində dondurulmuş alabalıq alıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 9 dəfə çoxdur. İyun ayında Rusiya Gürcüstan alabalığının yeganə xarici alıcısı olub və ixrac edilən bütün məhsul həcmini satın alıb.
    Meyvə və giləmeyvə ixracında da ciddi artım qeydə alınıb. Gürcüstandan Rusiyaya albalı və gilas tədarükü təxminən 30 dəfə artaraq 21 min dollardan 607 min dollara yüksəlib. Şaftalı və nektarin ixracı isə iyunda 580 min dollar təşkil edib.

    2025-ci ilin avqustundan 2026-cı ilin mayınadək Gürcüstan xarici bazarlara 23,6 min ton alma ixrac edib. Bunun 22,2 min tonu, yəni 94 faizdən çoxu Rusiyaya göndərilib. Rusiyaya alma ixracı həcm baxımından 30 faiz, dəyər baxımından isə 53 faiz artaraq 17,4 milyon dollara çatıb.

    Tərəvəz idxalında da artım müşahidə olunub. İyun ayında Rusiya Gürcüstandan 290 min dollar dəyərində pomidor alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Kartof idxalı isə üçdə bir azalaraq 926 min dollar təşkil edib.
    İçki məhsullarının tədarükündə də rekord göstəricilər qeydə alınıb. İlin ilk altı ayında Rusiya Gürcüstandan 46,4 milyon dollar dəyərində mineral su idxal edib. Ötən ilin eyni dövründə bu göstərici 41,8 milyon dollar olub. Bu, müşahidələr tarixində ən yüksək göstəricidir.

    Gürcüstan şərabının Rusiyaya ixracı da artaraq ilk altı ayda 70 milyon dollara çatıb. Rusiya Gürcüstan şərabının əsas alıcısı olaraq qalır. Müqayisə üçün, ikinci yerdə olan Polşa bu dövrdə cəmi 1,5 milyon dollar dəyərində Gürcüstan şərabı alıb.

    İyun ayında Gürcüstandan Rusiyaya alma şirəsi idxalı da 8 dəfə artaraq 389 min dollara yüksəlib. Eyni zamanda, qazlı şirin içkilərin idxalı 22 faiz azalaraq 5,4 milyon dollar təşkil edib.

    Hesabat müəllifləri hesab edir ki, Rusiyalı idxalçıların bazardakı dəyişikliklərə sürətli uyğunlaşması pərakəndə satış sektorunun çevikliyini göstərir. Analitiklərin fikrincə, Gürcüstan qarşılıqlı ticarətdə praqmatik mövqe tutaraq Ermənistanın yerini doldurub və Cənubi Qafqazın Rusiya bazarını ərzaq məhsulları ilə təmin edən əsas mərkəzinə çevrilməkdədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR