Macarıstanın hakim "Tisa" partiyası ölkənin Ali Məhkəməsinin keçmiş rəhbəri Andraş Bakanın prezidentliyə namizədliyini irəli sürüb.
Bu barədə partiyanın parlament fraksiyası bildirib.
Bakanın avqustun 11-i bu vəzifəyə seçiləcəyi gözlənilir.
Prezident Tamaş Sulyokun səlahiyyət müddəti iyulun 20-də başa çatıb. Macarıstan Konstitusiyasına uyğun olaraq, parlament prezidentin mandatı bitdikdən sonra 30 gün ərzində yeni dövlət başçısını seçməlidir.
Səsvermənin avqustun 11-də keçiriləcəyi təqdirdə, yeni prezident avqustun 19-da vəzifəsinin icrasına başlaya biləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.