AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya XİN: Aİİ Ermənistanın dekabra qədər referendum elan etməsini gözləyir

  • + A
  • - A
  • Bu gün, 10:50

    Rusiya XİN: Aİİ Ermənistanın dekabra qədər referendum elan etməsini gözləyir



    Ermənistan 2026-cı ilin dekabrına qədər Avropa İttifaqına (Aİ) qoşulmaq, yoxsa Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlüyünü davam etdirmək məsələsi ilə bağlı ümumxalq referendumunun keçirilməsi barədə qərar verməlidir.

    Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin **TASS**-a müsahibəsində bildirib.

    Onun sözlərinə görə, Ermənistan dekabr ayına qədər referendum keçirilməsi ilə bağlı çağırışa cavab verməsə, bu amil Aİİ-yə üzv ölkələrin liderləri tərəfindən İrəvana münasibətdə gələcək birgə addımlar müəyyənləşdirilərkən nəzərə alınacaq.

    “Şübhəsiz ki, həmin vaxta qədər referendum keçirilməsi ilə bağlı çağırış eşidilməsə, liderlər müvafiq gələcək birgə addımları müəyyənləşdirərkən bu faktı nəzərə alacaqlar”, – Qaluzin deyib.

    Rusiya XİN rəsmisi xatırladıb ki, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan prezidentlərinin mayın 29-da Ermənistanın Avropaya inteqrasiya istiqamətindəki planları ilə bağlı qəbul etdikləri birgə bəyanatda ölkədə Aİ-yə üzvlük və ya Aİİ-də qalmaq məsələsi üzrə mümkün qədər qısa müddətdə ümumxalq referendumunun keçirilməsinin zəruriliyi qeyd olunub. Lakin sənəddə konkret tarix göstərilməyib.

    Qaluzin bildirib ki, məsələ dekabr ayında keçiriləcək **Ali Avrasiya İqtisadi Şurasının** iclasında yenidən müzakirə olunacaq.

    Onun sözlərinə görə, həmin iclas zamanı dövlət başçılarına Ermənistanla bağlı 29 may 2014-cü il tarixli Aİİ müqaviləsinin fəaliyyətinin dayandırılmasının mümkün nəticələri barədə hesabat təqdim edilməlidir.

    Beləliklə, Moskva Ermənistanın Aİ və Aİİ arasında seçim məsələsində mövqeyini müəyyənləşdirməsi üçün dekabr ayına qədər referendum keçirilməsini gözlədiyini açıq şəkildə bəyan edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR