AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyada yeni benzin böhranının ikinci dalğası başlayıb

  • + A
  • - A
  • Bu gün, 11:42

    Rusiyada yeni benzin böhranının ikinci dalğası başlayıb


    Rusiyada yanacaq çatışmazlığı ilə bağlı vəziyyət yenidən pisləşib. Ölkənin bir sıra regionlarında yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb, benzin satışına limitlər tətbiq edilir və bəzi ərazilərdə avtomobillərin dövlət nömrələrinin son rəqəminə əsasən “cüt–tək” sistemi tətbiq olunur.

    Orenburq vilayətində avqustun 12-dən etibarən benzin satışı bu qayda ilə həyata keçirilir: cüt tarixlərdə nömrəsinin son rəqəmi cüt olan avtomobillər, tək tarixlərdə isə tək rəqəmlə bitən avtomobillər yanacaq ala bilər. Benzinin bir nəfərə satışına 30 litrədək limit qoyulub, kanistrlərə yanacaq doldurulması isə qadağan edilib.

    Lipetsk vilayətində də oxşar sistemin avqustun 13-dən tətbiqinə başlanacağı bildirilib. Burada benzin satışı üçün bir sıra iri yanacaqdoldurma şəbəkələrində 30 litrlik limit nəzərdə tutulur.

    Bundan əvvəl Volqoqrad vilayətində də yanacaq satışına məhdudiyyətlər tətbiq edilmişdi. Son günlər Rusiyanın Smolensk, Tula, Krasnodar, Rostov-na-Donu, Soçi, Gelencik, Moskva və digər ərazilərində yanacaqdoldurma məntəqələrində növbələr barədə məlumatlar yayılıb. Müxtəlif mənbələr problemin artıq ən azı 16 regiona yayıldığını bildirir.

    Rusiyadakı yeni yanacaq böhranının əsas səbəblərindən biri kimi neft emalı zavodlarına və digər neft infrastrukturuna endirilən dron zərbələri göstərilir. Hücumlar nəticəsində emal güclərinin bir hissəsinin fəaliyyətində fasilələr yaranıb və bu da daxili bazarda benzin təchizatını çətinləşdirib.

    Beləliklə, Rusiyada yazın sonundan davam edən yanacaq probleminin yeni dalğasının formalaşdığı görünür. Hakimiyyətin tətbiq etdiyi cüt–təK sistemi və litr limitləri isə bəzi regionlarda benzinin çatışmazlığının artıq adi bazar mexanizmləri ilə idarə olunmasının çətinləşdiyini göstərir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR