AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SEPAH: Hörmüz boğazı bağlı olaraq qalır

  • + A
  • - A
  • Bu gün, 12:01

    SEPAH: Hörmüz boğazı bağlı olaraq qalır

    Hərbi Dəniz Qüvvələrinin komandanı: Hörmüz boğazı bağlı olaraq qalır

    İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əli Özmai Hörmüz boğazının hələ də bağlı olduğunu bildirib.

    Onun sözlərinə görə, İran qüvvələri strateji əhəmiyyət daşıyan bu su yolunda gəmi hərəkətinə tam nəzarət edir.

    “Hörmüz boğazı bağlıdır. Biz boğazdakı hərəkətlərə tam nəzarət edirik”, — deyə Əli Özmai bildirib. Bu barədə Tasnim məlumat yayıb.

    Komandan qeyd edib ki, boğazdakı heç bir hərəkət SEPAH Hərbi Dəniz Qüvvələrinin diqqətindən yayınmır.

    “Reallıq ABŞ rəsmilərinin bəyanatları və kommunikeləri əsasında deyil, hadisələrin yerindəki vəziyyətə əsasən qiymətləndirilməlidir”, — deyə Özmai vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR