AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrailin Livanın cənubuna endirdiyi zərbələrin intensivliyi artıb

  • + A
  • - A
  • Dünən, 20:30

    İsrailin Livanın cənubuna endirdiyi zərbələrin intensivliyi artıb

    BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) son iki həftə ərzində İsrailin Livanın cənubunda hərbi fəallığının nəzərəçarpacaq dərəcədə artdığını qeydə alıb.

    Bu barədə missiyanın bəyanatında bildirilib.

    "Avqustun 5-dən 16-dək olan dövrdə UNIFIL gündə orta hesabla 137 mərminin, o cümlədən şənbə günü 208, bazar günü isə 185 mərminin atıldığını qeydə alıb", - qeyd olunub.

    Missiyanın nümayəndələri vurğulayıblar ki, bu cür dinamika sərhədyanı zolaqda hərbi əməliyyatların son zamanlar misli görünməmiş dərəcədə gərginləşməsindən xəbər verir. Bəyanatda qeyd olunub ki, münaqişənin eskalasiyası fonunda dinc sakinlər yenə də ən böyük itkilərə məruz qalırlar. Bir çox Livan ailələri ikinci dəfə yaşayış yerlərini tərk etmək və ya adi həyat tərzlərini köklü şəkildə dəyişmək məcburiyyətində qalıblar.

    Buna baxmayaraq, UNIFIL sülhməramlıları patrul xidmətini və vəziyyətin monitorinqini davam etdirir, marşrutları və ərazini döyüş sursatlarından təmizləyir, eləcə də əhalinin humanitar yardıma çıxışının təmin edilməsinə kömək göstərirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR