AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail Suriyada Türkiyə sərhədindən 70 kilometr məsafədə yerləşən bazaya zərbələr endirib

  • + A
  • - A
  • Bu gün, 14:39

    İsrail Suriyada Türkiyə sərhədindən 70 kilometr məsafədə yerləşən bazaya zərbələr endirib

    İsrail Suriyada Türkiyə sərhədindən 70 kilometr məsafədə yerləşən bazaya zərbələr endirib

    İsrail Hərbi Hava Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Əbu əl-Duhur hərbi aviabazasına səkkiz hava zərbəsi endirib.
    Reuters-in məlumatına görə, zərbələrin hədəfi aviabazanın uçuş-enmə zolağı və anbar binaları olub. Hücum nəticəsində ölən və yaralananların olmadığı bildirilir.

    Türkiyə sərhədindən təxminən 70 kilometr məsafədə yerləşən Əbu əl-Duhur aviabazası 2013-cü ildən etibarən ixtisaslaşmış hərbi aerodrom kimi istifadə olunmur. Suriya müharibəsi dövründə baza bir neçə dəfə tərəflərin nəzarətinə keçib.
    Hərbi mənbənin məlumatına görə, 2024-cü ilin sonunda Bəşər Əsəd hakimiyyətdən devrildikdən sonra baza yeni Suriya ordusu üçün təlim mərkəzi kimi istifadə olunmağa başlayıb.

    İsrailin zərbələri İsrail və Türkiyə arasında Suriya məsələsi ilə bağlı təhlükəsizlik gərginliyinin artdığı bir vaxta təsadüf edib. Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun 6-da çıxışında İsrailin Suriyaya təkrar hücumlarının ölkənin təhlükəsizliyinə təhdid yaratdığını bildirib və İsrailə Suriyanın ərazi bütövlüyünə hörmət etməsi üçün təzyiq göstərilməsinə çağırıb.

    İsrailin müdafiə naziri İsrael Kats isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana birbaşa xəbərdarlıq edərək, Suriyanın hərbi potensialını İsrail üçün təhlükə yarada biləcək şəkildə gücləndirəcək addımlara yol verməyəcəklərini açıqlayıb.
    Avqustun əvvəlində Suriya ölkənin şimalında Rusiya istehsalı MiQ-21 qırıcılarının iştirakı ilə hava təlimləri keçirib. Bu, Bəşər Əsədin hakimiyyətdən getməsindən sonra Suriyada keçirilən ilk belə təlim olub.

    İsrailin Kan telekanalının məlumatına görə, İsrail təhlükəsizlik xidmətləri Suriyanın hərbi hava qüvvələrini bərpa etmək istiqamətində səylərini sürətləndirdiyinə dair əlamətlər aşkarlayıb. Bildirilir ki, Suriyada yeni pilotların cəlb olunması, uçuş hazırlığının keçirilməsi və qırıcıların iştirakı ilə ilk təlimlər həyata keçirilir.

    Kan-ın İsrail təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən verdiyi məlumata görə, İsrail Suriyadakı prosesləri diqqətlə izləyir və bununla bağlı narahatlıqlarını ABŞ tərəfi ilə bölüşüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR