AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran Hörmüz boğazının açılması üçün şərtlər irəli sürüb

  • + A
  • - A
  • Bu gün, 15:05

    İran Hörmüz boğazının açılması üçün şərtlər irəli sürüb


    İran Hörmüz boğazının açılması üçün bir sıra şərtlər irəli sürüb.
    İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, neft sanksiyaları aradan qaldırılmayana, dondurulmuş İran aktivləri blokdan çıxarılmayana və ABŞ tərəfindən tətbiq olunan blokada götürülməyənə qədər Hörmüz boğazı açılmayacaq.

    Onun sözlərinə görə, bütün cəbhələrdə təhdidlərin və hərbi əməliyyatların dayandırılması da İranın irəli sürdüyü əsas şərtlər sırasındadır.

    Qalibaf qeyd edib ki, İslamabadla imzalanmış anlaşma memorandumunda nəzərdə tutulan bütün şərtlər tam şəkildə yerinə yetirilməyənədək Hörmüz boğazının açılması mümkün olmayacaq.

    Parlament sədri, həmçinin xəbərdarlıq edib ki, İran “düşmənə daha ağır məğlubiyyət” yaşatmağa hazırdır.
    Məlumatı Mehr agentliyi yayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR