AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lufthansa-nın A380 təyyarəsi Münhendə eniş zamanı uçuş-enmə zolağının işıqlarını zədələyib

  • + A
  • - A
  • Dünən, 23:07

    Lufthansa-nın A380 təyyarəsi Münhendə eniş zamanı uçuş-enmə zolağının işıqlarını zədələyib


    Lufthansa-nın A380 təyyarəsi Münhendə eniş zamanı uçuş-enmə zolağının işıqlarını zədələyib

    Lufthansa aviaşirkətinə məxsus Airbus A380 təyyarəsi ABŞ-ın San-Fransisko şəhərindən Münhenə həyata keçirdiyi LH459 reysi zamanı Münhen hava limanına eniş edərkən zədələnib. Bu barədə RTL məlumat yayıb.

    İnsident nəticəsində uçuş-enmə zolağının astanasındakı işıqlar, eləcə də təyyarənin şinləri zədələnib. Təyyarədə olan 351 sərnişinin hamısı təhlükəsiz şəkildə təyyarəni tərk edib.
    Lufthansa hadisəni təsdiqləyib və bildirib ki, uçuş-enmə zolağının astanası ərazisində aerodrom işıqları zədələnib. İnsidentin səbəbləri hələlik müəyyən edilməyib.

    Məlumata görə, təyyarənin şinləri də zədələndiyindən A380 hadisədən sonra daha heç bir reys həyata keçirməyib. D-AIML qeydiyyat nömrəli təyyarənin təxminən 13 yaşı olduğu bildirilir.
    Hadisə ilə bağlı Almaniyanın Aviasiya Qəzalarının Araşdırılması üzrə Federal Bürosunun (BFU) əməkdaşları araşdırmaya başlayıb. Mütəxəssislər hadisə yerinə gələrək təyyarənin uçuş məlumatlarını qeydə alan qurğuları götürüblər.

    Qeyd edək ki, insident iki gün əvvəl Vietnam Airlines aviaşirkətinə məxsus Boeing 787-9 təyyarəsinin az qala qəza ilə nəticələnən uçuşunun baş verdiyi eyni uçuş-enmə zolağında qeydə alınıb. Avqustun 15-də təyyarə təxminən 4 kilometr uzunluğunda zolağın hüdudlarından çıxaraq otluq əraziyə keçib və hava limanının ərazisinin sonuna az qalmış havaya qalxa bilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR