AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp Kim Çen In ilə ilin sonuna qədər görüşməyi planlaşdırır

  • + A
  • - A
  • Bu gün, 21:52

    Tramp Kim Çen In ilə ilin sonuna qədər görüşməyi planlaşdırır


    Tramp Kim Çen In ilə ilin sonuna qədər görüşməyi planlaşdırır

    ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə bu ilin sonuna qədər yenidən görüşəcəyinə ümid etdiyini açıqlayıb.
    Tramp bu barədə Ağ Evdə jurnalistlərin mümkün görüşlə bağlı sualını cavablandırarkən danışıb. Onun açıqlaması The Wall Street Journal qəzetinin ABŞ prezidentinin Kim Çen In ilə yaxın vaxtlarda görüş təşkil etməyə çalışdığı barədə məlumatından sonra səslənib.

    Məlumata görə, mümkün görüş noyabr ayında Çinin Şençjen şəhərində keçiriləcək APEC sammiti çərçivəsində baş tuta bilər. Lakin Ağ Ev görüş planını hələlik təsdiqləməyib. Pxenyan da bununla bağlı rəsmi açıqlama verməyib.
    Bildirilir ki, Tramp administrasiyası Şimali Koreya rəhbərliyi ilə əlaqələrin bərpasına və KXDR-in nüvə proqramı ilə bağlı danışıqların yenidən başlanmasına çalışır.

    Tramp və Kim Çen In ABŞ prezidentinin ilk prezidentlik müddətində üç dəfə görüşüblər. Lakin həmin görüşlər Şimali Koreyanın nüvəsizləşdirilməsi istiqamətində ciddi nəticə verməyib. Pxenyan isə sonrakı dövrdə nüvə proqramını inkişaf etdirməyə davam edib.
    Tramp Şimali Koreyanın hazırda 57 nüvə başlığına malik olduğunu düşündüyünü bildirib. O, Kim Çen Inla münasibətlərinin yaxşı olduğunu və bunun müsbət hal olduğunu vurğulayıb.

    Bununla yanaşı, Şimali Koreya lideri nüvə proqramından imtina etməyə hazır görünmür. Pxenyan ölkəsinin nüvə dövləti kimi tanınmasını tələb edir və denuklearizasiya şərtinə əsaslanan danışıqları rədd edir.

    Trampın Kim Çen Inla dialoqu bərpa etmək cəhdi ABŞ-ın Cənubi Koreya ilə birgə hərbi təlimlərini azaltmaq qərarından sonra baş verib. Bu il “Ulchi Freedom Shield” təlimlərinin müddəti yarıya endirilib.

    Qərar Cənubi Koreya və Yaponiyada Vaşinqtonun regiondakı müttəfiqlərini mümkün təhlükələrdən qorumağa hazırlığı ilə bağlı narahatlıq yaradıb.

    Bu arada Cənubi Koreya Prezidenti Li Çje Myon ölkəsinin ABŞ-dan tam hərbi müstəqilliyə nail olması istiqamətində işlərin sürətləndirilməsinə çağırıb.

    Çinin xarici işlər naziri Van İ də Seula səfəri zamanı Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon ilə görüşüb. Görüşdə Seul Pekini Koreya yarımadasının denuklearizasiyasına yardım göstərməyə çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR