İran XİN: Ölkənin yaxın məğlubiyyəti ilə bağlı iddialar rəqiblərin səhv hesablamalarının nəticəsidir

İran XİN: Ölkənin yaxın məğlubiyyəti ilə bağlı iddialar rəqiblərin səhv hesablamalarının nəticəsidir
İranın Xarici İşlər Nazirliyi ölkənin yaxın zamanda məğlubiyyətə uğrayacağı ilə bağlı iddiaları rədd edib.
İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazem Qəribabadi bildirib ki, bu cür bəyanatlar Tehranın rəqiblərinin səhv hesablamalarının nəticəsidir.
Qəribabadi “X” sosial şəbəkəsində yazıb ki, İranın məğlubiyyət astanasında olduğunu iddia edənlər eyni zamanda öz müttəfiqlərindən kömək istəyirlər.
Onun sözlərinə görə, İrana qarşı həyata keçirilən hərbi kampaniya qarşıya qoyulan məqsədlərə nail olmayıb. Buna görə də rəqiblər bu uğursuzluğu indi “iqtisadi müharibə” kimi təqdim etməyə çalışırlar.
İran rəsmisi qeyd edib ki, Tehran xarici təzyiqlər və sanksiyalar qarşısında mövqeyini qoruyur və ölkənin müstəqilliyi ilə suverenliyini müdafiə etməyə davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.