ABŞ-nin Nevada ştatının şimalında baş verən Hawk meşə yanğınının sahəsi bir gün ərzində 3,2 min hektara qədər genişlənib.
Yanğın Reno şəhəri yaxınlığında başlayıb və təxminən min evi təhlükə altına qoyub.
Yanğının yayılması ilə əlaqədar hakimiyyət orqanları bəzi ərazilərin sakinlərinin təxliyəsinə qərar verib.
Güclü külək yanğının söndürülməsini çətinləşdirir. Yerli yanğınsöndürmə xidmətinin rəhbəri Riçard Edvardsın sözlərinə görə, külək səbəbindən alov yaşayış məntəqələrinə sürətlə yaxınlaşır və bu, yanğınsöndürənlər üçün əlavə çətinliklər yaradır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.