D.Peskov: Rusiya Ukrayna üzərində qələbəyə əmindir

Rusiya təkcə “xüsusi hərbi əməliyyatda” qələbəyə ümid etmir, həm də buna əmindir və sülh yolu ilə nizamlanma imkanlarının olmadığı şəraitdə əməliyyatı davam etdirir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Mən sizi əmin edə bilərəm: biz təkcə ümid etmirik, bu qələbənin əldə olunacağına əminik”, — Kremlin nümayəndəsi qeyd edib.
Peskovun sözlərinə görə, qələbənin hansı vasitələrlə əldə ediləcəyi məsələsi “mövcud vəziyyətdən asılı olacaq”.
O əlavə edib ki, Rusiya sülh yolu ilə nizamlanma variantlarına açıq olaraq qalır. Lakin belə imkanların olmadığı şəraitdə Moskva “xüsusi hərbi əməliyyatı” davam etdirir.
Qeyd: Mətndəki “xüsusi hərbi əməliyyat” ifadəsi Rusiya hakimiyyətinin Ukraynaya qarşı müharibə üçün istifadə etdiyi rəsmi termindir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.