AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Netanyahu: Qərb sahilində 100-dən çox yaşayış məntəqəsi və 160 ferma yaradılıb

  • + A
  • - A
  • Bu gün, 20:32

    Netanyahu: Qərb sahilində 100-dən çox yaşayış məntəqəsi və 160 ferma yaradılıb


    İsrailin Baş naziri Benyamin Netanyahu işğal altındakı İordan çayının Qərb sahilində yəhudi yaşayış məntəqələrinin tikintisi və genişləndirilməsinin davam etdiriləcəyini açıqlayıb.
    İsrail hökumətinin baş nazirlik ofisinin yaydığı məlumata görə, Netanyahu beynəlxalq təzyiqlərin artmasına baxmayaraq, məskunlaşma siyasətindən geri çəkilməyəcəklərini bildirib.
    Netanyahu qeyd edib ki, onun rəhbərlik etdiyi hökumət dövründə Qərb sahilində 104 yaşayış məntəqəsi və 160 ferma yaradılıb və qanuniləşdirilib.

    “Biz rəqəmləri gözardı edə bilmərik. Birlikdə 104 yaşayış məntəqəsi və 160 ferma yaratdıq və qanuniləşdirdik. Bu, hələ son deyil”, – Netanyahu bildirib.

    Məlumata görə, söhbət bəzən bir neçə mobil evdən və ya müvəqqəti tikilidən ibarət kiçik yaşayış məntəqələrindən – forpostlardan da gedir. Bu cür məskunlaşmalar beynəlxalq hüquq baxımından qanunsuz hesab olunur. İsrail qanunvericiliyində də onların bir hissəsi qanunsuz sayılırdı, lakin son illərdə belə məntəqələrin leqallaşdırılması və genişləndirilməsi sürətlənib.

    İsrailin Qərb sahilində məskunlaşma siyasəti beynəlxalq ictimaiyyətin kəskin tənqidinə səbəb olur. Xüsusilə fələstinlilərə qarşı məskunlaşanların zorakılığının artması fonunda narazılıq daha da güclənib.

    Ötən həftə bir sıra Avropa ölkələrinin liderləri də yeni məskunlaşma layihəsini pisləyiblər. Buna səbəb İsrail hakimiyyətinin Qərb sahilində 1 200-dən çox yeni yaşayış evinin tikintisi üçün müraciətlərin qəbuluna başlaması olub.
    Netanyahunun son açıqlaması isə İsrail hökumətinin Qərb sahilində məskunlaşma siyasətini davam etdirmək niyyətində olduğunu göstərir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR