AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran: MAQATE ABŞ-ın vurduğu nüvə obyektlərini hələlik yoxlaya bilməyəcək

  • + A
  • - A
  • Bu gün, 21:26

    İran: MAQATE ABŞ-ın vurduğu nüvə obyektlərini hələlik yoxlaya bilməyəcək

    İran hakimiyyəti bildirib ki, MAQATE müfəttişləri ABŞ tərəfindən daha əvvəl zərbələr endirilmiş İranın nüvə obyektlərində yaxın vaxtlarda yoxlama apara bilməyəcək.

    İranın Atom Enerjisi Təşkilatının rəhbəri, İranın vitse-prezidenti Məhəmməd Eslami bildirib ki, MAQATE-nin ABŞ-ın zərbələrindən zərər görmüş nüvə obyektlərinə giriş tələb etməsi mümkün deyil. Onun sözlərinə görə, belə yoxlamaların həyata keçirilməsi üçün tərəflər arasında hələ razılaşdırılmış prosedur mövcud deyil.

    “Hücumlara məruz qalmış obyektlərdə yoxlamaların aparılması üçün protokol hazırlanmayana qədər MAQATE yoxlama tələb edə bilməz”, – Məhəmməd Eslami deyib.

    O, həmçinin qeyd edib ki, İran ətrafındakı vəziyyət hələ də mürəkkəb olaraq qalır. Eslaminin sözlərinə görə, ABŞ-la münaqişə tam başa çatmayıb və hazırda vəziyyət hərbi xarakter daşıdığı üçün nüvə obyektlərinin təhlükəsizliyinə zəmanət vermək mümkün deyil.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR