AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rus Pravoslav Kilsəsi: Ermənistan hakimiyyəti Erməni Apostol Kilsəsinin işlərinə kobud müdaxilə edir

  • + A
  • - A
  • Dünən, 23:00

    Rus Pravoslav Kilsəsi: Ermənistan hakimiyyəti Erməni Apostol Kilsəsinin işlərinə kobud müdaxilə edir


    Rus Pravoslav Kilsəsi: Ermənistan hakimiyyəti Erməni Apostol Kilsəsinin işlərinə kobud müdaxilə edir

    Rusiya Pravoslav Kilsəsi Ermənistanda kilsə-dövlət münasibətlərində baş verən prosesləri diqqətlə izlədiyini açıqlayıb.

    Rusiya Dövlət Dumasının deputatı, Beynəlxalq Rusiya-Erməni “Lazarev klubu” Şurasının koordinatoru Konstantin Zatulin Moskva Patriarxlığının Xarici Kilsə Əlaqələri şöbəsinin rəhbəri, Volokolamsk mitropoliti Antoni tərəfindən göndərilmiş rəsmi məktub alıb.
    Məktub Zatulinin daha əvvəl göndərdiyi müraciətə cavab olaraq təqdim olunub.
    Rusiya Pravoslav Kilsəsinin məktubunda Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinə təzyiq göstərdiyi və kilsənin daxili işlərinə müdaxilə etdiyi bildirilib.

    “Rusiya Pravoslav Kilsəsi Ermənistanda kilsə-dövlət münasibətlərinin inkişafını diqqətlə izləyir. Moskva Patriarxlığının nümayəndələri ölkə hakimiyyəti tərəfindən Erməni Apostol Kilsəsinə göstərilən təzyiq və kilsə işlərinə kobud müdaxilə ilə əlaqədar dəfələrlə bu kilsəyə dəstək ifadə ediblər”, – məktubda qeyd olunub.

    Moskva Patriarxlığı Ermənistanda yaranmış böhranın tezliklə həll ediləcəyinə və ölkədə dövlətlə dini qurumlar arasında münasibətlərin normallaşacağına ümid etdiyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR