AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Maskdan “OpenAI” rəhbərliyinə ağır ittiham - “Oğurluq etdilər”

  • + A
  • - A
  • Dünən, 20:00

    Maskdan “OpenAI” rəhbərliyinə ağır ittiham - “Oğurluq etdilər”
    “SpaceX” şirkətinin qurucusu İlon Mask “OpenAI” rəhbəri Sem Altman və şirkətin prezidenti Qreq Brokmanı sərt şəkildə tənqid edib.

    AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Mask bu açıqlamanı “OpenAI”nin “SpaceX” tərəfindən 60 milyard dollara satın alınan “Cursor” şirkəti ilə əməkdaşlığı dayandırmaq qərarından sonra verib.

    “OpenAI” “Cursor”a süni intellekt modellərinin təqdim edilməsini noyabrın 12-dən dayandıracağını açıqlayıb. Şirkət qərarını “SpaceX” və Maskın digər şirkətlərinin müqavilə öhdəliklərinin pozulması ilə bağlı narahatlıqları ilə əsaslandırıb.

    Bundan sonra İlon Mask “X” platformasında “OpenAI” rəhbərliyinə qarşı sərt ifadələr işlədib. O, Sem Altman və Qreq Brokmanı “tamamilə etibarsız” olmaqda ittiham edib və “OpenAI”nin ilkin qeyri-kommersiya missiyasından uzaqlaşdığını bildirib.

    Bu, Maskla “OpenAI” arasında uzun müddətdir davam edən qarşıdurmanı daha da kəskinləşdirib. Mask daha əvvəl Altman və Brokmanı “xeyriyyə təşkilatını oğurlamaqda” ittiham etmişdi. Onun “OpenAI”yə qarşı 150 milyard dollara qədər təzminat tələb etdiyi məhkəmə iddiası isə bu ilin mayında münsiflər heyəti tərəfindən rədd edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR