AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranda ABŞ-ın Hörmüz boğazı ilə bağlı qabaqlayıcı zərbələr barədə açıqlamalarını yalan adlandırıblar

  • + A
  • - A
  • Bu gün, 16:21

    İranda ABŞ-ın Hörmüz boğazı ilə bağlı qabaqlayıcı zərbələr barədə açıqlamalarını yalan adlandırıblar


    İranda ABŞ-ın Hörmüz boğazı ilə bağlı qabaqlayıcı zərbələr barədə açıqlamalarını yalan adlandırıblar

    ABŞ-ın Hörmüz boğazının minalanmasının qarşısını almaq məqsədilə İrana qabaqlayıcı zərbələr endirməsi barədə açıqlamaları uydurmadır. Bu barədə Tasnim agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.

    ABŞ Silahlı Qüvvələri İrana endirilən zərbələrin əsas məqsədinin İran qüvvələrinin Hörmüz boğazını minalamasına mane olmaq olduğunu bildirir.

    İranın hərbi mənbəsi isə bu iddiaları rədd edib:

    “Bunların hamısı fantaziya və uydurmadır. Dünən baş verən döyüş toqquşmalarının Hörmüz boğazının minalanması ilə heç bir əlaqəsi yoxdur”.

    Beləliklə, İran tərəfi ABŞ-ın hərbi əməliyyatların səbəbi kimi Hörmüz boğazının minalanması təhlükəsini göstərməsini əsassız hesab edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR