AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya XİN: AŞPA və Avropa Parlamenti Rusiyada seçkilərin nəticələrini tanımamağa hazırlaşır

  • + A
  • - A
  • Bu gün, 22:26

    Rusiya XİN: AŞPA və Avropa Parlamenti Rusiyada seçkilərin nəticələrini tanımamağa hazırlaşır


    Rusiya XİN: AŞPA və Avropa Parlamenti Rusiyada seçkilərin nəticələrini tanımamağa hazırlaşır

    Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Avropa Parlamenti Rusiyada keçiriləcək seçkilərin nəticələrini tanımamaq barədə bəyanat verməyə hazırlaşır.
    Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu məlumat yayıb.

    Məlumata görə, sözügedən qurumların seçki prosesinin başa çatmasından sonra Rusiyadakı seçkilərin nəticələrinin tanınmaması ilə bağlı açıqlama yayacağı gözlənilir.
    SVR-nin məlumatında iddia olunur ki, AŞPA və Avropa Parlamenti belə mövqeyini seçkilərin hazırlanması və keçirilməsi zamanı guya “kobud pozuntuların” baş verməsi ilə əsaslandıracaq.

    “Əldə olan məlumata görə, seçki prosesinin başa çatmasından sonra AŞPA və Avropa Parlamenti Rusiyada keçirilən seçkilərin nəticələrinin tanınmaması barədə bəyanatlar yaymağa hazırlaşır. Buna səbəb kimi onların hazırlanması və keçirilməsi zamanı yol verilən ‘kobud pozuntular’ göstəriləcək”, – deyə SVR-nin məlumatında bildirilir.

    Qeyd edək ki, bu açıqlama Rusiya xüsusi xidmət orqanının iddiasıdır. AŞPA və Avropa Parlamentinin bununla bağlı rəsmi mövqeyi təqdim olunan məlumatda qeyd olunmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR