Qalibaf: ABŞ dəniz blokadasını gücləndirsə, İran hərbi tədbirlərlə cavab verəcək

İran ABŞ-ın ölkəyə qarşı dəniz blokadasını gücləndirəcəyi təqdirdə hərbi tədbirlərə əl atacağını açıqlayıb.
İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bildirib ki, ABŞ blokadanı genişləndirərsə, Tehran buna hərbi vasitələrlə cavab verəcək.
“Əgər onlar blokadanı gücləndirsələr, biz mütləq hərbi vasitələrlə cavab verəcəyik. Nəticədə isə hamı uduzacaq”, – deyə Qalibaf çərşənbə axşamı yayımlanan video müraciətində bildirib.
Onun sözlərinə görə, ABŞ İranın Fars körfəzindən neft ixracına mane olmaq niyyətindədirsə, buna imkan verilməyəcək.
Qalibaf qeyd edib ki, hazırda qarşı tərəf iqtisadi müharibə çərçivəsində daha çox psixoloji təsir göstərməyə çalışır. O bildirib ki, son vaxtlar elan edilən sanksiyaların əhəmiyyətli hissəsi əslində daha əvvəl də qüvvədə olub.
İran parlamentinin sədri həmçinin vurğulayıb ki, beynəlxalq hüquq baxımından dəniz blokadası hərbi əməliyyat hesab olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.