İsrail müxalifət lideri Netanyahuya qarşı 825 min dollarlıq iddia qaldıracağı ilə hədələyib

İsrail müxalifət lideri Netanyahuya qarşı 825 min dollarlıq iddia qaldıracağı ilə hədələyib
İsrailin müxalifətdə olan “Demokratlar” partiyasının lideri Yair Qolan Baş nazir Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahuya qarşı məhkəməyə qədər tələb göndərib.
Qolan Sara Netanyahunu onun barəsində, özünün ifadə etdiyi kimi, “ən ciddi böhtan” xarakterli açıqlamalar yaymaqda ittiham edib. Müxalifət lideri Netanyahu xanımından həmin sözləri geri götürməyi, üzr istəməyi və “Nova” musiqi festivalına hücumdan sağ çıxanlar üçün əhəmiyyətli məbləğdə ianə etməyi tələb edib.
Tələblər yerinə yetirilməyəcəyi təqdirdə Qolan 2,5 milyon şekel, yəni təxminən 825 min dollar məbləğində təzminat tələbi ilə məhkəməyə müraciət edəcəyini bildirib. Bu barədə “The Times of Israel” məlumat yayıb.
Mübahisəyə səbəb Sara Netanyahunun müsahibəsində Qolanın 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücum hazırlığından guya əvvəlcədən xəbərdar olduğunu iddia etməsi olub. Məlumata görə, bu iddianı təsdiqləyən hər hansı sübut təqdim edilməyib.
Qeyd edək ki, Yair Qolan əvvəllər İsrail Müdafiə Ordusu Baş Qərargah rəisinin müavini vəzifəsində çalışıb. 2023-cü il oktyabrın 7-də “Nova” musiqi festivalının keçirildiyi əraziyə gedən Qolan bir neçə şəxsin xilas edilməsində iştirak edib. Onun həmin gün göstərdiyi fəaliyyət sonradan geniş şəkildə təqdir olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.