AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Hərbi Dəniz Qüvvələrinin “A. Lincoln” aviadaşıyıcısı və müşayiət gəmiləri Taylanda çatıb

  • + A
  • - A
  • Bu gün, 16:17

    ABŞ Hərbi Dəniz Qüvvələrinin “A. Lincoln” aviadaşıyıcısı və müşayiət gəmiləri Taylanda çatıb


    ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Abraham Lincoln” aviadaşıyıcısı və onu müşayiət edən hərbi gəmilər Taylanda çatıb.

    Associated Press-in məlumatına görə, İran əleyhinə ABŞ əməliyyatında iştirak edən aviadaşıyıcı çərşənbə günü Taylandın Çonburi əyalətində yerləşən Laem Çabanq limanında lövbər salıb.

    ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Frank E. Petersen Jr.” esminesi qonşu Siraça limanına, “USS Robert Smalls” raket kreyseri isə Ma Ta Phut limanına daxil olub.

    Gözlənilir ki, təxminən 5 min hərbçinin böyük hissəsi yaxınlıqdakı məşhur kurort şəhəri Pattayaya baş çəkəcək. Yerli hakimiyyət orqanları hərbçilərin səfərinin region iqtisadiyyatına müsbət təsir göstərə biləcəyini bildiriblər. Bununla yanaşı, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

    Agentliyin məlumatına görə, “Abraham Lincoln” 286 gün ərzində dənizdə olub və bu, onun həmin müddətdə ilk genişmiqyaslı dayanacağıdır. ABŞ hərbi komandanlığı ekipajın gəmi yenidən yola düşməzdən əvvəl istirahət etməsinə şərait yaradılacağını bildirib.

    Bununla belə, aviadaşıyıcının uzunmüddətli missiyası ilə bağlı daha əvvəl problemlər barədə məlumatlar yayılıb. Bildirilirdi ki, gəmidə ərzaq və gigiyena vasitələrinin çatışmazlığı yaranıb, ekipaj üzvlərinin psixoloji vəziyyətində isə pisləşmə müşahidə olunub.

    “Abraham Lincoln”un Taylanddakı dayanacağının hərbi missiyadan sonra ekipajın istirahəti və bərpası məqsədi daşıdığı qeyd olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR