AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nepalın baş naziri: Bölgədəki dağıdıcı daşqına iqlim dəyişikliyi səbəb olub

  • + A
  • - A
  • Bu gün, 16:21

    Nepalın baş naziri: Bölgədəki dağıdıcı daşqına iqlim dəyişikliyi səbəb olub


    Nepalın Baş naziri Balendra Şah ölkənin Bhote-Kosi çayında baş verən dağıdıcı daşqının əsas səbəbinin iqlim dəyişikliyi olduğunu bildirib.

    Şah sosial şəbəkədəki paylaşımında qeyd edib ki, iqlim dəyişikliyi səbəbindən Himalay regionunda temperatur 1,8 dərəcə yüksəlib. Onun sözlərinə görə, bu amilin baş verən fəlakətdə mühüm rol oynadığı şübhə doğurmur.

    Baş nazir iqlim dəyişikliyinin qlobal problem olduğunu və onun yaratdığı təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına bütün dünyanın birgə məsuliyyət daşıdığını vurğulayıb.

    Şahın sözlərinə görə, ekspertlər daşqının yüksək hündürlükdən buzlaqın bir hissəsinin qopması nəticəsində baş verdiyini ehtimal edirlər. Onun bildirdiyinə görə, buzlaq parçaları aşağı düşərkən əriməyə başlayıb və güclü su axını yaranıb. Axın Himalaylardan vadiyə doğru hərəkət etdikcə sürətini artırıb.

    Nepalın baş naziri hadisəni Himalay regionunda artan iqlim riskləri ilə bağlı ciddi xəbərdarlıq kimi qiymətləndirib.

    Şah bildirib ki, Nepal hökuməti iqlim dəyişikliklərinin yaratdığı təhlükələri beynəlxalq səviyyədə gündəmə gətirməyi planlaşdırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR