AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Məqsəd rejimi devirmək deyil”

  • + A
  • - A
  • Bu gün, 20:00

    “Məqsəd rejimi devirmək deyil”

    “ABŞ İranda hakimiyyət dəyişikliyini qarşısına məqsəd qoymayıb”.

    Bu barədə “Newsmax” telekanalının efirində ABŞ-nin maliyyə naziri Skott Bessent bəyan edib.

    Nazir belə bir ssenarinin istisna edilmədiyini diqqətə çatdırıb:

    “Burada məqsəd mütləq şəkildə rejimi devirmək deyil. Bəlkə bu baş verəcək, bəlkə də xalq ayağa qalxacaq”.

    Xatırladaq ki, bir qədər əvvəl ABŞ Maliyyə Nazirliyinin rəhbəri Birləşmiş Ştatların İrana dəstək verən ölkələri sistemli şəkildə müəyyən etmək və onlar qarşı sanksiyalar tətbiq etmək niyyətində olduğunu bildirmişdi. Bessent, həmçinin Vaşinqtonun Misir bankının Dubaydakı filiallarına qarşı artıq sanksiya tətbiq etdiyini açıqlamışdı. Amerika tərəfinin versiyasına görə, sözügedən maliyyə qurumları 2025-ci ildən bəri İrana 1,8 milyard dollardan çox vəsait ayırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR