İran İslam İnqilabı Keşikçiləri Korpusundan ABŞ hərbçilərinin öldürüldüyü açıqlanıb

İran İslam İnqilabı Keşikçiləri Korpusundan ABŞ hərbçilərinin öldürüldüyü açıqlanıb
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada yerləşən ABŞ hərbi bazasına endirilən raket zərbəsi nəticəsində çox sayda amerikalı hərbçinin öldüyünü iddia edib.
İranın Mehr agentliyinin yaydığı məlumata görə, SEPAH-ın Aerokosmik Qüvvələri Əqəbə körfəzi sahilində yerləşən “Camp Tibthin” ABŞ dəniz piyadaları bazasına ağır ballistik raketlərlə zərbə endirib.
SEPAH hücumun Tehranın ABŞ-ın İranın cənubunda toy mərasiminə endirdiyi zərbəyə cavab olaraq həyata keçirdiyi əməliyyatın ikinci dalğası olduğunu bildirib.
İran tərəfinin iddiasına əsasən, hücum nəticəsində bazanın bir sıra mühüm obyektləri, eləcə də bir neçə zərbə helikopteri məhv edilib.
SEPAH açıqlamasında bildirib ki, əməliyyat ABŞ qüvvələrinin Hörmüzqan vilayətinin Sirik şəhərində toy mərasiminin keçirildiyi yaşayış binasına endirdiyi zərbəyə cavab olaraq həyata keçirilib. İran tərəfi həmin hücum nəticəsində, o cümlədən bir uşağın da olduğu təxminən 50 nəfərin öldüyünü və ya yaralandığını iddia edir.
SEPAH ABŞ-ın hücumunun Minab şəhərində məktəbə və Lamerddəki idman zalına endirilmiş zərbələri də xatırladıb və Vaşinqtonun hərəkətlərini kəskin şəkildə pisləyib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ silahlı qüvvələrinin məğlubiyyətə uğradığını və İran qüvvələri ilə birbaşa qarşıdurmaya tab gətirə bilmədiyini iddia edib.
SEPAH həmçinin İrana qarşı hücumlara cavab əməliyyatlarının davam etdiyini açıqlayıb.
Qeyd: Bu məlumat İran tərəfinin açıqlamasına əsaslanır; xəbərdə ABŞ tərəfindən verilmiş müstəqil təsdiq və ya qarşı tərəfin mövqeyi təqdim edilmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.