AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NATO və Aİ Rusiyanın “daha ehtiyatsız” davrandığını bildirib

  • + A
  • - A
  • Bu gün, 21:53

    NATO və Aİ Rusiyanın “daha ehtiyatsız” davrandığını bildirib

    NATO və Aİ Rusiyanın “daha ehtiyatsız” davrandığını bildirib

    NATO və Avropa Komissiyası Rusiyanın Avropada hibrid fəaliyyətlərinin artdığını bildirərək buna qarşı daha sərt və koordinasiyalı cavab veriləcəyini açıqlayıb.

    Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Almaniyanın Leypsiq/Halle hava limanında dron insidenti ilə bağlı Rusiyanı ittiham etməsindən sonra hadisəni Avropa İttifaqı ərazisində yeni eskalasiya kimi qiymətləndirib. NATO-nun baş katibi Mark Rutte isə Almaniya ilə tam həmrəy olduqlarını bildirib.

    Almaniya hakimiyyəti hava limanındakı insidentlərin arxasında Rusiyanın dayandığını iddia edir. Moskva isə ittihamları rədd edərək Berlinin bununla bağlı sübut təqdim etmədiyini açıqlayıb.
    Fon der Lyayen Rusiyanın pilotsuz uçuş aparatlarından istifadə və kritik infrastruktura müdaxilə də daxil olmaqla, Avropada daha təhlükəli fəaliyyətlər həyata keçirdiyini deyib. O, Aİ-nin Rusiyaya qarşı sanksiyaları genişləndirəcəyini və Moskvaya iqtisadi təzyiqi artıracağını bildirib.

    Bu arada Almaniya və Polşada enerji infrastrukturu və müdafiə sənayesi obyektlərində baş verən bir sıra yanğın və partlayışların mümkün diversiya olduğu araşdırılır. Hadisələrin təşkilatçıları hələ müəyyən edilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR