AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

The Atlantic: Ukrayna Moskva hava limanlarının fəaliyyətini dronlarla iflic etməyə başlayıb

  • + A
  • - A
  • Bu gün, 15:56

    The Atlantic: Ukrayna Moskva hava limanlarının fəaliyyətini dronlarla iflic etməyə başlayıb


    Ukraynanın Moskva hava limanlarının fəaliyyətini minlərlə pilotsuz uçuş aparatı (PUA) vasitəsilə məhdudlaşdırmağa yönəlmiş əməliyyata başladığı iddia olunur. Bu barədə The Atlantic jurnalisti Saymon Şusterə Kiyevdəki mənbə məlumat verib.

    Mənbənin sözlərinə görə, əməliyyatın başlanğıcı Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya üzərində hava məkanının təhlükəli olması ilə bağlı açıqlaması olub.

    Nəşrin daha əvvəl avqust ayında yazdığına görə, Kiyevdə Moskvanın aviasiya qovşağına genişmiqyaslı hücum planı hazırlanıb. M&M’s kod adlı əməliyyatın hazırlanmasına Ukraynanın sabiq müdafiə naziri Mixail Fedorovun rəhbərlik etdiyi bildirilir.

    Plana əsasən, hər gecə süni intellekt sistemləri və ərazi xəritələri ilə təchiz edilmiş 1 000-dək dronun buraxılması nəzərdə tutulub. Məqsəd Rusiyanın hava hücumundan müdafiə sistemlərini yükləmək, Moskva hava limanlarının normal fəaliyyətini mümkünsüzləşdirmək və xarici aviaşirkətləri Rusiyaya uçuşlardan imtina etməyə sövq etmək olub.

    Kiyevin hesablamalarına görə, bununla Rusiya Prezidenti Vladimir Putini müharibənin başa çatdırılması ilə bağlı danışıqlara qayıtmağa məcbur etmək mümkün ola bilər.

    The Atlantic-in mənbələri bildiriblər ki, plan 2026-cı ilin əvvəlində Zelenskiyə təqdim olunub. Ukrayna Prezidenti həmin vaxt mülki təyyarələrin vurulması, sərnişinlər və hava limanı əməkdaşları arasında itkilərin baş verməsi riskindən narahatlığını ifadə edib.

    Buna baxmayaraq, Zelenski Rusiya hakimiyyətinə və ölkənin elitasına təzyiq vasitəsi əldə etmək məqsədilə əməliyyatın hazırlığının davam etdirilməsinə icazə verib. Planın təşkilatçıları həmçinin Zelenskiyə mülki aviaşirkətləri Moskva hava limanlarından istifadə etməmək barədə əvvəlcədən xəbərdar etməyi təklif ediblər.

    Sentyabrın 1-də Vladimir Zelenski xarici aviaşirkətləri və sığorta şirkətlərini Rusiya hava məkanının təhlükəli olması barədə açıq şəkildə xəbərdar edib. Bundan sonra Ukraynanın xarici işlər naziri Andrey Sibiga Kiyevin Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) Rusiya hava məkanının təhlükəsi ilə bağlı bildiriş göndərdiyini açıqlayıb.

    Rusiya Prezidenti Vladimir Putin isə Zelenskinin açıqlamasına cavab olaraq mülki hava gəmilərinə hücum təhdidlərini “dövlət terrorizminin təzahürü” adlandırıb və bunun ikitərəfli sülh danışıqlarının aparılması imkanlarını çətinləşdirdiyini bildirib.

    Bu arada, Zelenskinin açıqlamasından sonra Moskva hava limanlarında məhdudiyyətlər tətbiq edilməyə başlanıb. Flightradar24 məlumatlarına görə, sentyabrın 2-nə keçən gecə Şeremetyevo hava limanında 21 reys ləğv edilib


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR